April-Month of Microfinance


Awareness Raising
04/01/2014
Baku
Organization
VF AzerCredit

Maarifləndirmə fəaliyyətinin əhəmiyyətini
daim diqqətdə saxlayan VF AzərKredit təşkilatı Aprel- Mikromaliyyə Ayı layihəsinin
icrasına qoşulur. Tələbə təşəbbüsü olan Mikromaliyyə Ayının əsas məqsədi tələbələrin
mikromaliyyə sahəsində bilik və bacariqlarının artırılmasıdır (layihə ilə bağlı
ətraflı məlumat:
http://monthofmicrofinance.org .



 Seminarlarımızda iştirak edin!

Layihə çərçivəsində VF AzərKredit Azərbaycanın
2 aparıcı universitetləri olan Azərbaycan
Dövlət İqtisad Universiteti və Qafqaz Universitetlərində ödənişsiz əsaslarla

seminarlar təşkil etməyi planlaşdırır. Mikromaliyyə mövzusuna həsr edilən
seminarlarda spiker qismində çıxış edəcək VF AzərKredit təşkilatının
mikromaliyyə eksperti tələbələri Mikromaliyyə Təşkilatlarının dünyada və Azərbaycanda
yaranması, onların dünya bazarında rolu, kredit mədəniyyətinin formalaşmasında
mikromaliyyənin payı və bu kimi digər mövzularında məlumatlandıracaq.
İştirakçılara həmçinin mikromaliyyənin yoxsul və aşağı təminatlı insanların həyatına
təsiri ilə bağlı yerli və beynəlxalq video materiallar nümayiş olunacaqdır. Seminar
iştirakçiları VF AzərKredit təşkilatı tərəfindən iştirakla bağlı sertifikatla təltif
olunacaqlar.

 Harda və Nə vaxt?

Azərbaycan Dövlət İqtisad Universiteti

 

Tarix: 22 Aprel,2014-cü il Saat:
10:00- 11:30

Yer: ADİU. Əsas korpus,İkinci mərtəbə,
Kiçik Akt Zalı

 

 

Qafqaz Universiteti

Tarix: 24 Aprel,2014-cü il, Saat: 13:00-14:30

Yer: Qafqaz Universiteti, İBF binası,
Akt zalı

 

Müsabiqələrimizə
qoşulun!

Layihə çərçivəsində VF AzərKredit tələbələri
foto və inşa müsabiqəsinə qoşulmağı və aktiv olmağa səsləyir. Belə ki, “Mikromaliyyənin Kiçik Sahibkarlığın
İnkişafında Rolu”
mövzusunda yazılmış ən yaxşı iki inşa
mükafatlanıdırlacaq.

Əlavə olaraq, kreativ yanaşması olan
tələbələri foto müsabiqəsində iştirak edərək  “Geniş
Anlayışlı Mikromaliyyə Sözünü Bir Foto ilə”
ifadə etməyə çağırırıq.

Layihənin Qızıl və Gümüş qalibləri təşkilatımız tərəfindən
mükafatlandırılacaq. Hər iki müsabiqənin Qızıl qaliblərinin (ümumilikdə 2 nəfər)  yay aylarında VF AzərKreditdə 3 aya qədər
davam edən təcrübə proqramından yararlanmaq imkanı olacaq. Müsabiqələrin Gümüş
qaliblərini (ümümilikdə 2 nəfər)  isə 50
AZN dəyərində hədiyyə kuponu gözləyir.

Müsabiqələrdə iştirak etmək istəyən şəxslərdən
30 Aprel, 2014-cü il tarixindən gec olmayaraq, inşa və fotoları
contest@azercredit.az ünvanına göndərmələri xahiş olunur.

Əlavə məlumat:

www.azercredit.az

www.monthofmicrofinance.org

contest@azercredit.az

Tel: (+994 12) 597 48 17/ 18

 

Mikromaliyyə
insanlara necə kömək edir – Siz də öyrənin! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

css.php